Reklam
Reklam

Etimologiya lüğəti

əməköməci

Sözün əsli əbəköməkcidir. Əbə - göbək nənəsidir, köməc isə dərman otunun adıdır. Uşağı tutan qadın həmin otla göbəyi müalicə edib. Adı da bu­radandır. Göbəkotu da deyirlər. Göyqurşağı yerinə də əbəm qurşağı (nənə qur­şağı) deyilən vaxtlar olub. Qaqauz dilində əməköməci yerinə qul Fatma (Fatma gülü) deyirlər. Fatma elə “göbək nənəsi” deməkdir. Əbəm (əbə) sözü “göbək nənəsi” (akuşerka) mənasında cənub dialektlərində (Masallı və s.) indi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti