Mama sözü “əmiyə oxşayan” deməkdir (eyni məməni əmmiş olan). Dayza isə “doğana (anaya) oxşayan”dır. Latın dilində xalaya matertera (подобная матери) deyirlər. Deməli, əmi və mama(bibi), eləcə də dayı və dayza(xala) kökdaş sözlərdir. Əmi və mama(əmə) sözlərinin kökdaş olmasını o da sübut edir ki, farslar bacıya “həmşirə” (həmsüd) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti