Reklam
Reklam

Tarix terminləri lüğəti

əmlak vergisi

Xüsusi şəxslərin və təşkilatların daşınan və daşınmaz əmlakına qoyulan birbaşa vergi növü.

Ə.V. hələ Qədim Yunanıstan və Qədim Romada məlum olub, orta əsrlərin sonunadək Avropada əsas vergilərdən biri kimi tətbiq edilib, lakin kapitalizmin inkişafı ilə əlaqədar tədricən gəlir vergisi ilə əvəzlənib. Bununla belə, hazırda bir çox dünya ölkələrində gəlir vergisi ilə yanaşı, Ə.V.-nin də tətbiqi davam etdirilir.

Tarix terminləri lüğəti