Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

ənbər ərəb

1. Kaşalota oxşar bir balığın mədəsindən çıxarılan gözəl qoxulu maddə.

2. Gözəl iy, ətir. (“Koroğlu” dastanının lüğəti)

N.Tusi “Cavahirnamə” əsərində yazır: “Ənbərin yoxlanılması belədir: şüşəni odda qızdırırlar. Ənbəri onun üzərinə atdıqda ənbər iyi gələrsə, xalisdir. Ənbər yağ kimi tamamilə əriyərsə, onu yaxşı, tamamilə əriməzsə, pis keyfiyyətli hesab edirlər”. Dastanlarda, bir qayda olaraq, müşk sözü ilə yanaşı işlənir.

Qırat, sənin oynaxların

Baharıla yaz olaydı!..

Kəkilin müşgün ənbəri,

Boyun səlminaz olaydı!..

          (“Koroğlunun Bayazid səfəri”) (“Bəşir Əsəd oğlu”)

Azərbaycan dastanlarının leksikası