Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

əndam fars

1. Bədən.

2. Boy, qədd, qamət, bədən quruluşu. (“Koroğlu” dastanının lüğəti)

Qıratı gətirdim cövlana, indi,

Varsa igidlərin meydana gəlsin!..

Görsün mən dəlinin indi gücünü,

Boyansın əndamı al qana, gəlsin!..

                                (“Koroğlu ilə Dəli Həsən”)

                         *

Əndamı gümüşdən, kağızdan ağdı,

Sinəmə çəkdiyi düyündü, dağdı.

O qoynunun içi cənnətdi, bağdı,

Qədir bilən bir bağmana yaraşır.

                           (“Koroğlunun Ərzurum səfəri”) (“Dəli-Həsənbala”)

Azərbaycan dastanlarının leksikası