Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

epizod [epizot] isim yunan

1. Hadisə, əhvalat, təsadüf, ittifaq, vəqə. Əsgərlər yana-yana Qələndərdən danışırdılar və kim hansı epizodu nağıl edirdisə, sözünün axırını gətirib Qələndərlə bağlayırdı. (Ə.Əbülhəsən).
2. Hadisələr silsiləsi içində bir vəqə, bədii əsərin bitmiş, müstəqil olan bir parçası. Əhvalatın ən romantik və dramatik epizodu. Romandan bir epizod danışdı.
3. Teatr tamaşasında əhvalatın inkişafı ilə bağlı olmayan səhnə, pərdə. Baletin dərin humanist ideyası öz ifadəsini həm kütləvi qəhrəmanlıq səhnələrində, həm lirik adajiolarda, həm də rəqs epizodlarında tapır.

Azərbaycan dilinin izahlı lüğəti