Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ərən [ərən] isim

1. Ər, qoçaq, igid. Ərənlər kimi döyüşmək. Ərənlər dözə bilməz; Bu dərdə dözən mənəm. (Bayatı). Ərənlər ölüb, kürənlər meydan sulayır. (Atalar sözü).
2. Dünyagörmüş, müdrik, ağıllı adam. Bizlərdə ərənlər üçə deyərlər. (S.Rəhimov).
3. Dini etiqada görə Allaha və övliyalara yaxın olmaq şərəfinə nail olmuş adam. Çağıraram ərənləri, pirləri; Arzularam bizim əziz yerləri. (Aşıq Rəcəb).
4. Mövhumi təsəvvürlərə görə suda yaşayan mövhum bir vücud. Suya söylə ərən eşitsin, köməyinə çatsın.

Azərbaycan dilinin izahlı lüğəti