Tünd-qırmızı rəngli gözəl gül (klassik şeirdə gözəlin dodağı bu çiçəyə oxşadılır).
Gözlərin nərgizdi, hüsnün mahtaban,
Açılıb gül, süsən, sünbül, ərğəvan,
Zanbağı, yasəmən, bərgi-ireyhan,
Fəsli-bahar gülüstanım, xoş gəldin!
(“Qurbani”)
*
Lələ, yatmışdım xabi-qəflətdə,
Oyandım ki, bahar, yaz gəlib gedir.
Bir əlində süsən, sünbül, ərğəvan,
Yanınca qırx incə qız gəlib gedir.
(“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikası