1. Hərbi. Cəbhə dərinliyində və ya girintili-çıxıntılı vəziyyətdə mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsi. □ Bir neçə gün idi ki, hərbi eşelonlar Qardaban-Qarayazı stansiyalarında dayanıb yol gözləyirdilər. (İ.Şıxlı).
2. Hərbi. Kütləvi surətdə minik daşıyan qoşun qatarı, əsgəri qatar. □ Biz Şahtaxtıda ikən Sparskinin Təbrizə gedən son əsgəri eşelonu gəlib Culfaya getdi. (M.S.Ordubadi).
3. Ümumiyyətlə, müəyyən yerə gedən dəmiryol, yük və ya minik qatarı. □ ..Gətirilən taxta-dirək eşelonu bu gün Təzəşəhərə çatmışdı. (Mir Cəlal).