Reklam
Reklam

Tarix terminləri lüğəti

eserlər

rus. cоциалисты-революционеры – «sosial-inqilabçılar» ifadəsində sözlərin baş hərflərinin oxunuşundan yaradılmış abreviatura

1901–1923-cü illərdə Rusiyada sosialist-inqilabçılar partiyasının üzvləri.

XIX əsrin 90-cı illərində fəaliyyət göstərən xalqçılıq dərnək və qruplarının əsasında yaranmış partiyanın əsas tələbləri – mütləqiyyətin ləğvi, demokratik respublika, torpağın kəndli icmalarına verilməsi, əsas hüquq və azadlıqların təmin edilməsi və s. olub. E. bu məqsədlərə çatmaq üçün leqal mübarizədən terrora qədər müxtəlif metodlardan istifadə ediblər. Rusiyada mütləqiyyətin devrilməsində onların xüsusi rolu olub. Partiya 1917-ci il Fevral inqilabından sonra Rusiyanın ən nüfuzlu siyasi təşkilatına çevrilib və həmin ilin sonunda Müəssislər Məclisinə keçirilən seçkilərdə qalib gəlib. Bundan təşvişə düşən bolşeviklər E.-ə qarşı kütləvi repressiyalara başlayıblar və 1923-cü ilə kimi partiya faktik olaraq məhv edilib.

Tarix terminləri lüğəti