Reklam
Reklam

Etimologiya lüğəti

əski

Keçmiş, köhnə mənalarında işlədilən bu söz çuvaş dilində z ilə yazılır: əzki. Altay dillərində izo(ozo) sözü “əvvəlki”, “qabaqkı” mənalarında işlədilir. Özki sözü “старый” kimi tərcümə edilib. Bizdə əvvəl yerinə əzəl də deyirlər. Güman etmək olar ki, sözün əsli ozo kəlməsi ilə bağlıdır: “uzaq keçmiş” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti