Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

eşq [eşq] isim

1. Sevgi, məhəbbət, sevda, böyük istək hissi, sonsuz bağlılıq. Vətən eşqi. Övlad eşqi. Həyat eşqi. Eşq ağladar, dərd göynədər. (Atalar sözü)
2. Şiddətli arzu, həvəs, meyil, istək. Sözün eşqilə, qəlbilə yaşar aləmdə insanlar; Sözün səyyar xəyalilə uçar əflakə dastanlar. (S.Vurğun).
3. Müxtəlif obrazlı tərkiblərdə: eşq əhli, eşq aləmi, eşq yarası, eşq afəti, eşq quşu, eşq dəryası, eşq odu, eşq əsiri və s. şəklində işlənib sevgi, məhəbbət hisslərini bildirir. Ariflər kimi eşqdən yazıb onu vəsf etməsə də, qəlbində böyük eşq dəryası dalğalandı.

Həmçinin bax:

frazeologizm: canını eşq oduna yaxmaq frazeologizm: eşq oduna düşmək frazeologizm: eşq oduna yanmaq frazeologizm: eşqə düşmək frazeologizm: eşqə gəlmək frazeologizm: eşqə salmaq frazeologizm: eşqi başına (topuğuna) vurmaq Azərbaycan dilinin izahlı lüğəti