Reklam
Reklam

Məsəllər, deyimlər

ESTAFETİ ÖTÜRMƏK

►Kiminsə başladığı işi, ənənəni davam etdirmək; bir şeyi nəsildən nəslə ötürmək.

İfadə orta əsrlərdə poçt daşınması ilə bağlı yaranmışdır.

Əslində, bu ifadələrin həqiqi mənası hamıya aydındır. Amma ötən əsrdə dilimizə daxil olmuş «estafet» sözünün mənşəyi, hansı mənanı ifadə etməsi, semantikası heç də hər kəsə məlum deyil.

«Estafet» italyancadan «staffet» sözünün dəyişdirilmiş formasıdır, mənası «qasid» deməkdir. Bu ad «staffa» – «üzəngi» sözündəndir. Bir zamanlar məktublar xüsusi çaparlarla göndərilirdi; yolda onlar bir-birinə bağlamaları elə tez ötürürdürlər ki, heç üzəngiləri də bir-birinə yaxınlaşmırdı.

İndi biz qaçaraq «estafeti» – məktubu əvəz edən çubuqları bir-birinə ötürmə yarışlarına «estafet qaçışı» deyirik. Cəmiyyətdə isə bəzən «tarix estafeti», «inkişaf estafeti» ifadələri işlədilir.

Sonralar bu deyimin semantikası idman hüdudlarından kənara çıxmış və daha geniş mənanı – başlanmış işin davam etdirilməsini, toplanmış təcrübənin ötürülməsini ifadə etmişdir.

Məsəllər, deyimlər