etiqad sözündəndir. Etiqad kişi adı Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar adlardan hesab edilir. Ərəb dilindən dilimizə tərcümədə bir şeyə qəlbən və möhkəm inanma, inam, ürəkdən təsdiq etmək mənasındadır. Etiqad kişi adı bir din və məzhəbə inanma, (dinə) inam, iman gətirmə, həddən artıq bağlanma (dinə), möhkəm inam (dinə) anlamlarını da ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti