Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

evfemizm

yun. eu – yaxşı + yun. phe­mia – danışıram

Kobud, ədəb norma­la­rından kənar ifadənin əvəzinə işlədilən nisbətən yumşaq, stilistik baxımdan ­neytral söz, yaxud ifadə.

Jurnalistikada ­­­E.-lərdən bəzən olayın mahiyyətini pər­də­ləmək, giz­lətmək məqsədilə istifadə ­olunur (məsə­lən, «işgəncə» əvəzinə «fiziki təsir»). Lakin çox vaxt E.-lər yazıda, yaxud çıxışda söyüşə, ədəbsizliyə yol verməmək, mətnin neqativ yükünü azaltmaq məqsədi güdür. Belə və­ziyyətlərdə, adətən, jur­na­listlər cümlədə «yumşaq desək», «ən yaxşı halda» kimi ifadələr işlətməklə oxucu, tamaşaçı və ya din­ləyiciyə E.-in hansı sözü əvəz etdiyini təx­­minən müəyyənləşdirmək imkanı ve­rir­lər.

Jurnalistika terminləri lüğəti