Reklam
Reklam

Tarix terminləri lüğəti

əvrəz

ər. əvariz – “təsadüfi”, “fövqəladə hadisələr” sözündən törəmə

Qarşılıqlı yardım forması.

Ə. əkin, biçin, şumlama, arx və kanalların çəkilişi, evtikmə, körpüsalma və s. kollektiv əmək tələb edən təsərrüfat işlərinin görülməsi zamanı tətbiq edilib və müasir iməciliklərə bənzəyib. Təsərrüfat işini görməyə imkanı olmayan ailələrə, ailə başçısını itirənlərə, habelə yoxsullara da bu qayda ilə köməklik göstərilib.

Həmçinin bax:

Tarix terminləri lüğəti