Reklam
Reklam

Fizika terminlər lüğəti

EXOLOKASİYA exo + lokasiya

Əşyalardan əks olunan səs dalğalarının və ya radiodalğaların qeydə alınması,  onların yerinin, forma və ölçülərinin təyin edilməsi.

Akustik E., radioexolokasiya və hidroexolokasiya formaları mövcuddur.  Bəzi həşərat və quşlarda, yarasa, delfin, suiti,  balina və s.-də  canlı E. var. E.  heyvanların səmti bilməsi,  maneələrdən qorunması, həmçinin qida axtarması üçün vacibdir. E.  prinsipi ilə işləyən texniki qurğular HDD-də, sualtı qayıqların yerini öyrənməkdə, minalanmış sahələri tapmaqda,  dəniz və ya okean dibi relyeflərinin tədqiqində geniş tətbiq olunur.  Lakin,  texniki E.  qurğuları həssaslığına görə canlıların  E.-sında geri qalır.

Fizika terminlər lüğəti