Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

eybəcər [eybəcər] sifət

1. Xarici görünüşcə eyibli, nöqsanlı, çirkin; kifir, bədəninin bir yerində nöqsan olan. □ Eybəcər qız. Eybəcər uşaq. Eybəcər gözlü qız.
2. İsim kimi: xarici görünüşcə eyibli, nöqsanlı, çirkin; kifir. □ Eybi eylər eybəcər, soğanı yeyər dərdəcər. (Atalar sözü).
3. Məcazi mənada: təhrif edilmiş, korlanmış, biçimsiz, yöndəmsiz, mənasız, iyrənc, qeyri-adi, xoşa gəlməyən, nifrət oyandıran, çox pis, çirkin. □ Müdhiş və eybəcər bir səslə vıyıldayaraq gələn minalar yalnız əsgərləri deyil, yeri-göyü də sarsıdırdı. (M.Hüseyn).

Azərbaycan dilinin izahlı lüğəti