Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

eybəcərlik [eybəcərrix'] isim

1. Eybəcər şeyin halı; kifirlik, çirkinlik, biçimsizlik. □ Səməd acıqlandığı zaman üzündəki eybəcərlik daha aydın gözə çarpırdı. (M.Hüseyn).
2. Məcazi mənada: kəsir, nöqsan, çatışmazlıq, biabırçılıq, qeyri-normal hal, iş, vəziyyət. □ Gör onda neçə-neçə biabırçılıqların üstü açılar, pərdələr götürülər, eybəcərliklər görünər? (S.Rəhimov).

Azərbaycan dilinin izahlı lüğəti