Falçılıqla bağlı mənzum və ya mənsur mətnlər.
F.-lərin mənşəyi islamdan öncəyə, bu mətnlərin əksəriyyəti isə islamdan sonrakı dövrlərə aiddir. Şərqdə “Miskinnamə” (Ömər Ruşi), “Fali-murqan” (Zaifi), “Fali-Reyhan” (Cem Sultan) kimi əsərlər bu mövzuda yazılmış əsas əsərlərdir. Türklərə aid ilk F. qədim uyğur dilində yazılmış “Irk bitig”dir. O, Orxon-Yenisey əlifbası ilə kağız üzərində yazılmış və müasir dövrümüzə gəlib çatmış yeganə kitabdır. “Irk bitig”i macar əsilli tədqiqatçı Mark Avrel Steyn 1907-ci ildə Çinin Dunhuang şəhərində yerləşən Bin Buda mağaralarında tapıb. İndi isə İngiltərənin London şəhərindəki Britaniya muzeyində saxlanılır. Kitab qədim uyğur mədəniyyətini, dünyagörüşünü, qədər-qismət, tale və bəxt haqqında düşüncələrini əks etdirir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti