lat. fatalis – taleyin öncədən müəyyən etdiyi < fatum – tale, qismət
Təbiət və insan həyatında bütün baş verənlərin əzəli qismət ilə müəyyənləşdiyinə və qaçılmaz olduğuna əsaslanaraq hər cür təsadüfiliyi və sərbəstliyi inkar edən baxışlar sistemi.
F. bir sıra dinlər üçün xarakterikdir; məs.: islamda “qədər” məfhumu dünyada gedən proseslərin, o cümlədən insan həyatındakı hadisələrin istisnasız olaraq hamısının Allah tərəfindən öncədən müəyyənləşdirildiyinə inamı özündə əks etdirir.
Tarix terminləri lüğəti