Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

FƏDAYƏ ərəb.

fada sözündəndir.

Dilimizdə ən əziz bir adam və ya yüksək iş uğrunda özünü qurban etmə, qurban, əvəz, bədəl, canını əsirgəməyən, bir hadisə ilə əlaqədar canını qurban edən (adam) anlamlarındadır.Dilimizdə can fəda etmək, özünü fəda etmək, yolunda fəda getmək kimi çoxişlənən ifadələr də mövcuddur. Fədayə canını əsirgəməyən adam mənasını ifadə edən Fəda kişi adından (bax: ad – FƏDA) ənənəvi yolla düzəlmiş qadın adıdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti