Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fərd [fərd] isim ərəb

1. Ayrıca adam, şəxsiyyət. □ Qəm yemə, xəstə Vidadi, görüb ədanı kəsir; Haqqa ixlas ilə meydanə girən fərd olmaz. (M.V.Vidadi).
2. Müstəqil halda mövcud olan orqanizm; varlıq. □ Saf halda çoxaltma üsulunda cütləşdirilən fərdlər (inək, yaxud camış və törədici dölçülər) eyni cinsdən olurlar.
3. Klassik ədəbiyyatda yalqız, tək, tayı-bərabəri olmayan mənalarında işlənmişdir. □ Derdim ki, bəla yolunda fərdəm; Eşq içrə sənə şəriki-dərdəm. (M.Füzuli).
4. Ədəbiyyatşünaslıq. Klassik Şərq (o cümlədən Azərbaycan) ədəbiyyatında bir beytdən ibarət şeir forması. □ ..Aşiqəm mən sənin ixtilatına; Nəzminə, fərdinə, xoş əbyatına. (Aşıq Ələsgər).

Azərbaycan dilinin izahlı lüğəti