Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

fərş1

Naxçıvan, Ordubad, Şərur, Zərdab

Döşəmə. □ Fərş simetdən, torpaxdan, taxdadan olur (Naxçıvan).

fərş2

Qazax, Zərdab

Tavan.

fərş3

Ağdam, Bərdə, Naxçıvan, Ordubad

Döşəməyə salınan xalça, palaz; böyük palaz. □ Fərşi biz yunnan, irəngli ifdən toxuyurux (Bərdə); Yerə fərş salırıx (Ordubad).

fərş4

Zərdab

Tir.

fərş5

Naxçıvan

Dərinlik. □ Əriy ağacı bırda çox yaşamır, yerin fərşinə getmir.

fərş6

Bakı

Bax: farş. □ Fantaldan qızdar fərşnən çiyinnərində su daşıyıllar.

Azərbaycan dilinin dialektoloji lüğəti