fr. fetichisme < fetiche – büt, talisman
Fövqəltəbii xüsusiyyətlərə malik olduğu güman edilən cansız maddi əşyalara (fetişlərə) dini pərəstiş.
F. ibtidai inkişaf mərhələsində olan bütün xalqlar arasında geniş yayılıb. Bu termini Avropa dillərinə XVIII əsrdə holland səyyahı V.Bosman gətirib. F.-in ilkin mərhələsində insan təxəyyülünü heyran edən istənilən əşya – qeyri-adi formalı daş, ağac parçası, heyvan bədəninin hissələri (dişlər, dəri parçası, sümüklər, qurudulmuş pəncə və s.) pərəstiş obyektinə çevrilib. Daha sonralar müxtəlif materiallardan xüsusi olaraq hazırlanan fiqurlar – fetişlər əmələ gəlib. F.-in qalıqları dünya dinlərində bu gün də özünü büruzə verir; məs.: xristianlıqda ikonalara, islamda Kəbədəki “qara daş”a pərəstiş və s.
Tarix terminləri lüğəti