fikr sözündəndir.
Fikr Azərbaycan dilində fikir şəklində olub bir neçə mənada işlənir: 1. Düşünmə, düşüncə, təfəkkür, təfəkkür prosesi; 2. Niyyət, məqsəd, məram; 3. Fikirləşmə, düşünmə, mühakimə nəticəsində hasil olan qənaət, ideya; 4. Rəy, görüş, mülahizə; 5. Bilik; 6. Adamın aglını məşğul edən şey, daim düşünülən şey (bəzən “fikir-zikr” şəklində də işlənir); 7. Hafizə qüvvəsi, yaddaş, xatırlama; 8. Əqidə, görüş, baxış. Fikrət kişi adı sözün düşünmə, düşüncə tərzi, təfəkkür mənaları ilə əlaqədardır. Dilimizdə olduğu kimi, türk xalqlarında, eləcə də ərəb dünyasında artıq iki əsrdir, populyar adlardandır desək, yəqin ki, səhv etmərik. Türkiyə türklərində Fikrət müştərək adlar sırasındadır. Adın daşıyıcılarından Azərbaycanın dahi bəstəkarı, Xalq Artisti, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, dünya şöhrətli musiqişünas Fikrət Əmirovun yaradıcılığı dərin köklərlə milli zəminə bağlanmışdır. Dünyanın böyük konsert salonlarında görkəmli dirijorların repertuarını zənginləşdirmiş əsərlərin müəllifi Fikrət Əmirov Azərbaycan musiqi tarixində həm də iki janrın – simfonik muğam və muğam-poema janrlarının yaradıcısı kimi qalmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti