lat. fictio – yalan
1. Uydurma, gerçəklikdə mövcud olmayan.
2. Əslində, yalan olan, lakin gerçək təsəvvürlərə, inanclara uyğun gəldiyi üçün həqiqət kimi qəbul edilən bəyanat, informasiya.
Məsələn, demokratik inkişaf yolu seçmiş ölkədə müəyyən azadlıqlara əsassız məhdudiyyətlər qoyularsa və hökumət qərarını uydurma terror təhlükəsi ilə izah edərsə, bu, reallıqda F.-dır, amma kənardan inandırıcı görünə bilər, çünki əsassız məhdudiyyətlər demokratiyanın xarakterinə ziddir.
3. Bir çox ölkələrdə: xəyali hadisələr və qəhrəmanların təsvir olunduğu nəsr əsərləri, xüsusilə novellalar.
Məsələn, Oksford lüğətlərində F. (fiction) termininin məhz belə izahı verilir. Lakin Azərbaycanda termin bu anlamda çox nadir hallarda işlədilir.
Jurnalistika terminləri lüğəti