Fiziki və ya hüquqi şəxs kimi fəaliyyət göstərən hər hansı müəssisənin, o cümlədən media qurumunun fərqləndirmə nişanı; özəl ticarət markası.
F.N. hər hansı nəşriyyatın, naşirin istehsal etdiyi bütün məhsulların üzərində əks olunur və onun başqalarından fərqləndirilməsinə xidmət edir; məsələn, Wikipedia® – Wikimedia Foundation Inc təşkilatının, sonuncu hərfi paralellərə və meridianlara bölünmüş «O» hərfi olan METRO – dünyanın bir çox ölkələrində milyonlarla tiraja malik pulsuz qəzetlər nəşr edən Metro International media-holdinqinin F.N.-dır.
Jurnalistika terminləri lüğəti