Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fitil [fitil] isim

1. Bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (pilətə, lampa, şam və s.) yanan lent, ip, qaytan. □ Lampa fitili.
2. Bir şeyi alışdırmaq, partlayış əmələ gətirmək üçün alışqan qaytan. □ Daldan gəlir top, topxana, qumbara; Fitilləri tüstüləyir havadə. (A.Səhhət).
3. Tibb. Qanaxmanı dayandırmaq və ya çirki sorub çəkmək üçün yaranın içinə, yaxud boşluğa qoyulan mikrobsuzlaşdırılmış tənzif (cuna) parçası; tampon. □ Yaraya fitil qoymaq.

Həmçinin bax:

frazeologizm: fitil qoymaq Azərbaycan dilinin izahlı lüğəti