Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fövqəladə [fövqəla:də] sifət ərəb

1. Qeyri-adi, adətdənxaric, görünməmiş, eşidilməmiş; başqalarından ayrılan, başqalarına bənzəməyən; qeyri-adi, müstəsna. □ Mən fövqəladə bir iş görən adamlar kimi ciddi və həyəcanlı idim. (İ.Əfəndiyev).
2. Son dərəcə güclü. □ ..uşaq xəyalında Dilman fövqəladə bir cəngavər kimi ucalmışdı. (M.Hüseyn).
3. Təcili, xüsusi olaraq müəyyən olunmuş, qəbul edilmiş, növbədənxaric. □ Fövqəladə qurultay.
4. Ölkənin həyatında əmələ gələn müstəsna vəziyyətdən törəyən, onunla əlaqədar olan. □ Fövqəladə vəziyyət.

Həmçinin bax:

jurnalistika: fövqəladə vəziyyət Azərbaycan dilinin izahlı lüğəti