holl. fregat, fr. fregate
Yelkənli hərbi donanmalar dönəmində üçdorlu gəmi növü.
Terminin mənşəyi naməlumdur. Yelkənli xətti gəmilərdən ölçülərinin kiçikliyi və silahlarının azlığı ilə fərqlənən, ancaq daha yüksək sürətə malik olan F.-lardan, əsasən, kəşfiyyat, müşahidə məqsədilə istifadə edilib. XIX əsrin ortalarında buxarla işləyən F.-lar meydana gəlib. Müasir dövrdə isə ABŞ hərbi-dəniz donanmasında idarə olunan raketlərlə silahlanmış gəmilər F. adlanır. Onlardan düşmənin sualtı qayıqlarını aşkarlayıb məhv etmək, həmçinin təyyarədaşıyan gəmiləri hava və raket hücumundan müdafiə etmək üçün istifadə olunur.
Tarix terminləri lüğəti