Reklam
Reklam

Tarix terminləri lüğəti

fürer

alm. führer – rəhbər, lider, öndər

1934–1945-ci illərdə Almaniyanın dövlət başçısı və nasional-sosialist fəhlə partiyasının liderinin rəsmi titulu.

Bu termin həmin titulu daşımış A.Hitlerlə assosiasiya olunur. F. titulunu Hitler 1934-cü il avqustun 9-da Veymar Respublikasının prezidenti Hindenburqun ölümündən sonra alıb. Beləliklə, o, prezident və kansler səlahiyyətlərini öz əlində cəmləşdirib. F. termini italyan faşistlərinin lideri B.Mussolininin duçe və general F.Frankonun kaudilyo titulları ilə eyni anlama malikdir. Müasir dövrdə bir çox hallarda oxlokratiya liderləri ironiya ilə F. adlandırılır.

Tarix terminləri lüğəti