lat. futurum – gələcək + yun. logos – elm
Gələcək haqqında, sosial proseslərin perspektivlərinə dair elmi biliklər sahəsi.
Termini 1943-cü ildə alman sosioloqu Osip Flextheym sinfi bölgüdən kənar “gələcəyin fəlsəfəsi” kimi təklif edib. Bu mənada F. Yerin və bəşəriyyətin gələcəyi haqqında təsəvvürlərin məcmusu, geniş konsepsiyadır. Dar mənada isə o, “proqnozlaşdırma” və “proqnostika” terminlərinin sinonimi kimi də işlədilir.
Coğrafiya terminləri lüğəti