Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

gədə

1. Bax: gəda.

2. Oğlan. (“Koroğlu” dastanının lüğəti)

Gör indi iş nə yerə gəldi ki, keçəl gədənin birisi gəlib buradan at apardı. (“Həmzənin Qıratı aparmağı”)

*

 Koroğlu baxdi ki, gədə bir az özündən deyəndi, amma ki, deyəsən, pis oğlan deyil. (“Koroğlunun Qars səfəri”)

*

Sözümü salma dastana,

Şəbnəm qoyub gülüstana,

İçibsən məsti-məstana,

Məstanə gədənin oğlu.

                       (Paris nüsxəsi, 3-cü məclis)

Azərbaycan dastanlarının leksikası