Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

gədik

Dağın beli, aşırım.

Ərzurumun gədiyinə varanda,

Onda gördüm burum-burum qar gəlir.

Lələ dedi: gəl bu yoldan qayıdaq,

Dedim: dönmək namusuma ar gəlir.

                                          (“Əsli və Kərəm”)

                               *

Dəvələr yüklənib, yükü bardandı,

Gədiklər bağlanıb, tamam qardandı.

                                                        (“İrvahım”)

                              *

Şahzadə Bəhrəm Behbud çobandan ayrıldı, üç qardaş pəhləvan ilə atını sürdü, gədikdən aşdı. (“Şahzadə Bəhrəm”)

Azərbaycan dastanlarının leksikası