Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

gəlgəl1

Əli Bayramlı, Göyçay, İsmayıllı, Kürdəmir, Şamaxı

1. Suqabı (Əli Bayramlı, Göyçay, Kürdəmir, Şamaxı). □ Gəlgəlnən bir suvi aşırdım (Kürdəmir).

2. Kiçik sərnic (İsmayıllı).  Güllü gəlgəli ver, qoyunu sağım.

gəlgəl2

Hamamlı

Kiçik araba.  Haravanın balacası gəlgəldi, böyüyü seldi; Gəlgəlnən ensiz yollarda yük aparrıx.

gəlgəl3

Tərtər

Boyunbağı.  Gəlgəl qızıldan olur.

gəlgəl4

Lənkəran

Uşaq döşəyi.

Azərbaycan dilinin dialektoloji lüğəti