Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

gəm1

Borçalı, Böyük Qarakilsə, Çənbərək, Gəncə, Qazax, Naxçıvan, Şərur

Vəl. □ Xırmanda iki gəmi dal-dala qoş, xırman tez olsun (Çənbərək); Küləşigəmnən döyürüx' (Naxçıvan).

gəm2

Ağdam, Çənbərək, Qarakilsə, Qazax

Yüyən.  Atın gəmini ağzınnan çıxart otdasın (Qazax).

gəm3

Quba

Xəlbir.  Gəmi Fatmadan al gəti.

gəm4

Qax

Toyuq hini.

gəm5

Qax

Tövlənin bir küncündə körpə buzov saxlamaq üçün düzəldilən yer.

Azərbaycan dilinin dialektoloji lüğəti