Gancavi Azərbaycan antroponimikasında təxəllüsdən yaranan antroponimlər sırasındadır. Bütün dünyada sevilən “Xəmsə”nin müəllifi, görkəmli şair Nizami Gəncəvinin (bax: ad – Nİ- ZAMİ) təxəllüsündən yaranmış kişi adıdır.
Görkəmli sənətkarın tam adı isə Cəmaləddin İlyas ibn Yusif olmuşdur. Qeyd etmək lazımdır ki, Nizami Gəncəvi özü heç bir əsərində “Gəncəvi” nisbəsini işlətməmişdir. Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai, Əbdürrəhman Cami, Məhəmməd Füzuli kimi Nizami ənənələrinin davamçıları onun haqqında bəhs edərkən Gəncəvi nisbəsini işlətməmişlər. Məlum olduğu kimi, XV əsrdən etibarən Gəncəvi təxəllüsü ilə yazan şairlər meydana çıxmışdır. Bundan sonra Nizami Gəncəvi barədə danışanlar onun adına “Gənceyi” nisbəsini qoşmuşlar. Ərəb dilindən tərcümədə bu ifadə də “Gəncəli, Gəncədən olan” mənasını ifadə edir. Sonradan Gənceyi dilimizdə Gəncəvi kimi işlənməyə başlamışdır. Gəncəvi məişətimizdə nadir şəxs adlarındandır. Övladlarına bu adı qoyanlar üçün, yəqin ki, adın mənası deyil, XII əsrdə yaşamış N.Gəncəvinin şəxsiyyətinə maraq, məhəbbət önəmli olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti