lat. generalissimus – ən əsas, ən böyük
Fransa, “Müqəddəs Roma imperiyası”, Avstriya imperiyası, çar Rusiyası, keçmiş SSRİ, İsveç, İspaniya, Meksika, Şimali Koreya və bir sıra digər ölkələrin silahlı qüvvələrində ən yüksək hərbi rütbə.
Bu rütbə müharibə zamanı bir neçə orduya (bir çox hallarda müttəfiq dövlətlərin qoşunlarına) komandanlıq edən sərkərdələrə verilir. Lakin tarixən G. termini fərqli mənalarda da işlənib; məs.: XVI–XIX əsrlərdə Fransada bu titul hakim sülalələrə mənsub şəxslərə və görkəmli dövlət xadimlərinə fəxri ad kimi təqdim olunub. SSRİ-də G. rütbəsi yalnız Stalinə verilib.
Həmçinin bax:
Tarix terminləri lüğəti