Vahid zaman kəsiyində modemdən istifadə ilə müqayisədə daha böyük həcmdə informasiya ötürməyə imkan verən yüksəktezlikli, çoxtutumlu rabitə xətti.
Dünyanın müxtəlif yerlərində G.R.-nin fərqli standartları var və bu standartlar sürətlə dəyişir; məsələn, 2012-ci ilin sonlarında ABŞ-da G.R.-nin sürəti 7,2 Mbit/san (dünya üzrə orta göstərici – 2,8 Mbit/san) təşkil edirdi. 2015-ci ildə isə ABŞ Federal Rabitə Komissiyası G.R. anlayışına yeni izah verdi: «Amerikada yalnız yüklənmə sürəti saniyədə azı 25 meqabit, göndərmə sürəti saniyədə 3 meqabit təşkil edən rabitə xətti genişzolaqlı hesab edilə bilər».
Jurnalistika terminləri lüğəti