Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

göbək [göbəx'] isim

1. Göbəkbağı düşdükdən sonra qarnın ortasında qalan kiçik çuxur, batıq.
2. İnsan və ya heyvan rüşeymini ananın bədəni ilə birləşdirən və rüşeymin qidalanmasına vasitə olan boru.
3. Məcazi mənada: bir şeyin mərkəzi, tən ortası, əsası mənasında. □ Dünyanın göbəyi.
4. Səbəbkar, bais mənasında. □ Bütün bu işlərin göbəyi Tofiqdi. (M.İbrahimov).
5. Köhnə məişətdə: cəhalət və nadanlıq əlaməti olaraq xəstə, yaxud uşağı olmayan qadınların göbəkləri ətrafına yazılan dua.

Həmçinin bax:

frazeologizm: göbək bağlamaq frazeologizm: göbəyini yerə sürtmək frazeologizm: öz göbəyini özü kəsmək Azərbaycan dilinin izahlı lüğəti