Reklam
Reklam

Etimologiya lüğəti

göl

Tuva dilində öl sözü var və “yaş”, “göl” anlamında işlədilir. Onlar dağ çayına öləqə deyirlər. Ölə kəlməsi ruslardakı смочить sözünün tərcüməsi kimi verilib. Çayır bitkisinə, qurumamış (yaş) ağaca “ölən” deyirlər. Tatar dilində yulğa sözü “çay” (река) anlamında işlədilir. Qaqauzlarda göl yerinə, “qırla” deyirlər. Belə gö­rünür ki, göl sözü öl sözü ilə bağlıdır və “su” mənasını əks etdirir. Lil sözü də bu­nunla bağlıdır. Görünür, rus dilindəki иль kəlməsi də bizim lil kəlməsi ilə qo­humdur (lil sözü lilpar kəlməsində də özünü göstərir). Mənbələrdə öl sözü “мокрый”, ölü kəlməsi “мокнуть” mənasında açıqlanıb. M.Kaşğaridə çülmən sözü “durğun su” kimi şərh olunub. Çay sözünün sinonimi kimi ölən kəlməsi də qey­də alınıb. Deməli, göl “su” anlamı ilə bağlıdır, “durğun su” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti