Reklam
Reklam

Məsəllər, deyimlər

GÖZ YAĞI

►İnsan üçün ən əziz olan bir şeyi, canı, varlığı bildirmək məqsədilə işlədilən ifadə.

Dildə geniş işlənən bu ifadə sırf tibbi mülahizələrlə bağlı yaranmışdır.

Müasir oftalmologiya gözdә yağın miqdarca çox az olduğunu təsdiq edir. Göz alması әtrafında olan göz yaşı mayesi isə, bir növ, әrinmiş yağa bәnzәyir. Orqanizm üçün çox vacib sayılan bu maye olmasa, göz öz funksiyasını yerinə yetirə bilməz və qısa müddətdə sıradan çıxa bilәr. Gözü qurban vermәk («gözünün yağını yedirmәk vә ya әritmәk») kor olmağa razılıq vermәk demәkdir.

Şərqin qüdrətli həkimi İbn Sinadan bәhs edәn «Böyük loğman» adlı kitabda (V.Voskoboynikov) göz yağı ilə bağlı maraqlı bir epizod var. Orada İbn Sina bir xәstәsinә deyir: «Sәnin gözündә katarakt xəstəliyi başlayır. Katarakt ilkin mәrhәlәdә müalicә oluna bilir. Sәnin kimi bir neçә xәstәm olub, hamısının da müalicәsi uğurla keçib. Sәnә göz yağı yazıram. O, hind yağı, başqa cür deyilәrsә, şah yağı adlanır. Onu qәdim hind hәkimi Çәraki tәtbiq edib. Yaxşı bir әczaçıya müraciət et. O sənә hәmin yağı hazırlayar».

Bədii nümunələr göstərir ki, bu ifadənin sinonimi kimi «göz(ün) qarası» ifadәsi dә işlədilir; məsələn, ana az qalır ki, gözünün yağını oğluna yedirtsin», yaxud «filankəs gözünün qarasını övladlarına yedizdirir» və s.

Bu ifadə dilimizdə müəyyən sözlərə qoşularaq «gözünün yağını əritmək», «gözünün yağını yedirmək» tərkiblərində işlənir.

Məsəllər, deyimlər