►Özünü layiq olduğundan daha qabiliyyətli və dəyərli göstərmək, qiymәtini qaldırmaq, әsil-zatını şişirtmәk, saxtakarlıq etmәk, aldatmaq.
İfadә qədim yunan olimpiadaları zamanı döyüş arabalarının yarışı ilə bağlı yaranmışdır.
Həmin olimpiadalar zamanı (ilk dəfə e.ә. 680-ci ildə) proqrama döyüş arabalarının yarışı da daxil edilmişdi. İrəlidә sürәtlә gedәn cәng arabaları toz qaldırmaqla arxada gәlәnlәr üçün yolu görünmәz edirdi, toz-torpaq arxadakıların gözünә dolurdu. Çoxları qəti əmindir ki, ifadә məhz bununla әlaqәdar ola bilәr.
İfadənin yaranışı ilə bağlı başqa fərziyyə ondan ibarətdir ki, qədim dövrlәrdә Rusiyanın yollarında olduqca sakit vә asta-asta yeriyәn araba karvanları sıraya düzülüb gedirdi. Lakin arabir onların yanından zəngin mülkədarlar, çar səfirlərinin üçatlı arabası, yaxud kübar şəxslərin ekipajı keçərək toz qoparır, kəndlilərin arabalarını və özlərini toza tuturdu. Tozdan batmış gözlərini silən kasıblar zənginləri söyürdülər.
O vaxtdan bəri bir kəsin lovğalığını və ya bir işi görüntü naminə edənləri göstərərkən deyirlər: «O, gözə kül üfürür».
Bәzәn bu ifadədəki «üfürmәk» әvәzinә «atmaq» da işlәdilir.
Məsəllər, deyimlər