Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

gözətçi iti

Hökumətin, sosial xidmətlərin, iqtisadi qurumların qanunsuzluqlara yol verməməsinə, səhv qərarlar çıxarma­ma­sına nəzarət edən və belə hallar barədə cə­miyyəti xəbərdar edən təsisatlar, habelə onların əməkdaşlarına verilən ad.

G.İ. de­dikdə Qərbdə, əsasən, cəmiyyətin ma­raq­larını qoruyan mediajurnalist nə­zərdə tutulur. Terminin mahiyyəti ondan ibarətdir ki, jurnalistlər ictimai maraqların keşiyində dayanmalı, bu maraqlara təh­lükə yarandıqda cəmiyyəti duyuq salmalı, toplu­mu gözlənilən ciddi təhlükələrdən xəbər­dar etməlidirlər. Media həmin və­zifəni rəsmi şəxslərin bəyanatlarının hə­qiqətəuyğunluğunu yoxlamaqla, mühüm prob­­lemlərə dair analitik yazılar hazır­la­maqla, jurnalist təhqiqatı həyata keçir­mək­lə və s. üsullarla yerinə yetirir.

Jurnalistika terminləri lüğəti