hacı sözündəndir. Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbəni ziyarət etmiş, Qurban bayramı günü, daha dəqiq, hicri təqvimi ilə zilhiccə ayının onunda həcc mərasimini icra etmiş müsəlmanlara verilən dini ad, ərəb mənşəli tituldur.
Sonradan kişi adı kimi formalaşmışdır. Məlum olduğu kimi, Azərbaycan şəxs adları sistemində tituldan formalaşmış kifayət qədər antroponim mövcuddur. Hacı da bu qəbildən olan kişi adları sırasındadır. Bu gün məişətimizdə Hacı adına kifayət qədər rast gəlmək olur. Azərbaycanda ən geniş yayılmış soyadlar sırasında Hacı adından formalaşmış Hacıyev, Hacılı, Hacı, Hacızadə soyadları da vardır. Azərbaycan antroponimikasında tərkibində Hacı adının işləndiyi kifayət qədər mürəkkəb şəxs adı mövcuddur. Məsələn, Hacıbaba (bax: ad – HACIBABA), Hacıxanım (bax: ad – HACIXANIM), Hacısəməd (bax: ad – HACISƏMƏD), Hacıməhəmməd (bax: ad – HACIMƏHƏMMƏD) və s. Azərbaycan ərazisində tərkibində Hacı sözünün işləndiyi mürəkkəb toponimlər də mövcuddur. Məsələn, Hacıkənd, Hacıqabul, Hacıqərvənd, Hacıxanlı və s.
Azərbaycan şəxs adlarının izahlı lüğəti