Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

hal1 [hal] isim ərəb

1. Hər hansı bir səbəbdən, şəraitdən doğan vəziyyət, keyfiyyət. □ Xəstənin halı yaxşıdır.
2. İnsanın cismani vəziyyəti, yaxud əhvalı, əhvali-ruhiyyəsi. □ Dağlar başı dumandı; Mənim halım yamandı; Nə çox sürdü ayrılıq; Bəlkə, axır zamandı? (Bayatı).
3. Güc, qüvvət, taqət. □ ..Anacan, dayanmağa halım yoxdur, gərək mən gedəm. (“Aşıq Qərib”).
4. Fizika. Maddəni təşkil edən hissəciklərin yerləşməsinin, qarşılıqlı əlaqəsinin və hərəkətinin xarakteri. □ Maddənin yeni keyfiyyət halına keçməsi.
5. Vaxt, an, ləhzə.
6. Dilçilik. İsmin başqa cümlə üzvlərinə münasibətini bildirən və hallanma formalarında ifadə olunan qrammatik kateqoriya. □ Azərbaycan dilində ismin altı halı vardır.

hal2 [hal]

Bax: al (3-cü mənaya).

Həmçinin bax:

bağlayıcı: bir halda ki zərf: bu halda jurnalistika: məlumatın yayılmasına yol verilməyən xüsusi hallar frazeologizm: hal aparmaq frazeologizm: hal əhli frazeologizm: hala gəlmək frazeologizm: haldan çıxmaq frazeologizm: haldan düşmək frazeologizm: haldan salmaq frazeologizm: haldan-hala düşmək frazeologizm: halı dəyişmək frazeologizm: halı xarab olmaq frazeologizm: halı qarışmaq frazeologizm: halı pozulmaq frazeologizm: halını qatmaq frazeologizm: halını pozmaq frazeologizm: vay halına! Azərbaycan dilinin izahlı lüğəti