1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə və ya özünə mal edilməsinə icazə verilən.
2. Arxaizm. Kəbinli, nikahlı; qanuni. □ Əsmər yenə şəriətin hökmüncə .. halal arvadı olub qalırdı. (S.Hüseyn).
3. Arxaizm. İsim kimi: kəbinli arvad. □ ..Müqabilinizdə oturan arvad ağıllı və dövlətli bir şəxsin halalıdır. (İ.Musabəyov).
4. Məcazi mənada: zəhmətlə, namusla, təmiz əməklə, qanuni yolla qazanılmış, əldə edilmiş. □ Halal zəhmətlə varlanmaq müşküldür. (Atalar sözü).
5. Məcazi mənada: halal şey qazanmaq, əldə etmək üçün çəkilən, sərf edilən. □ İmran kişinin nəzərində Dilman başqalarının halal əməyi ilə öz eyiblərini örtən bir adamdı. (M.Hüseyn).
6. Halaldır şəklində – bir şeyi könüllü, əvəzsiz olaraq birinə verəndə deyilir.
Həmçinin bax: