Reklam
Reklam

Məsəllər, deyimlər

HALLICA-DULLUCA ARVAD TAPMAQ

►Müəyyən qədər köklüyü olan, sağlam vә xoşxasiyyәt dul qadınları sәciyyәlәndirmәk üçün yumorla işlәdilən ifadə.

İfadә Üzeyir Hacıbәylinin «Arşın mal alan» operettasında Sultan bәyin dilindәn yayılmışdır.

Məsələnin etimoloji cəhətdən maraq doğuran hissəsi buradakı «hallıca-dulluca» sözüdür. Әsәrin müxtәlif yerlərindә Sultan bәy bu sözlәri işlәdir: «Elә hamı mən deyәni deyir: «Bir hallıca dul arvad ola...»; «Arvad әlimә göydәn düşmüş kimi olmuşdu, özü dә əsl mәn deyәn hallıca arvad idi»; «Әsl mәn deyәn arvad elә o idi ki, hallıca, dul, әndamlı...»

Göründüyü kimi, orijinalda ifadәnin ikinci ünsürü – «dulluca» sözü işlənmir. Bu hissә süni dә olsa (belә leksik vahid yoxdur) sonralar әvvәlki hissəyә qafiyә üzrә düzәldilmişdir; məsələn: «bir hallıca-dulluca arvad tapıb almaq».

Məsəllər, deyimlər