türk. halqa, fars. mərəkə
Mühasirə. (“Koroğlu” dastanının lüğəti)
Camaatın arasına qarışıb meydanı elə halqa-mərəkə eləyərsiniz ki, misri qılınclar çəkiləndə bir adam da tərpənə bilməsin. (“Durna teli”)
*
Paşa qoşun böyüyünü çağırıb əmr verdi ki:
– Bu saat qoşun götürüb meydanı halqa-mərəkə elə! Hər nə təhər olsa, gərək onu tutub gətirəsən mənim yanıma. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)
Azərbaycan dastanlarının leksikası